ABŞ İranda hakimiyyətin dəyişməsinə çalışmır

ABŞ İranda hakimiyyətin dəyişməsinə çalışmır və Tehranla razılaşmanı bağlaya biləcəyini hesablayır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Tramp ilkin şərtlərsiz İran rəhbərliyi ilə ünsiyyət saxlamağa hazırdır.