ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun getməsi ilə dünya rahat nəfəs aldı.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun getməsi ilə dünya rahat nəfəs aldı.Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində bəyan edib.
"2-3 panikaçı qrup istisna olmaqla, dünya Ağ Evdə "B qrupu"ndakı tərəfdarının qovulması ilə rahat nəfəs aldığı bir vaxtda, (ABŞ Dövlət Katibi Mayk) Pompeo və (ABŞ Maliyyə Naziri Stiven) Mnuçin İrana qarşı növbəti iqtisadi terrorizmin eskalasiyasını elan ediblər".
Zərif "B qrupu" dedikdə - ABŞ-ın keçmiş müşaviri Con Boltonun, İsrail Baş naziri Benyamin Netanyahunun, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyanın birliyini nəzərdə tutur.
Xatırladaq ki, Amerika lideri Donald Tramp mövcud fikir ayrılıqları səbəbindən Boltonun istefasını istədiklərini söyləmişdi. O, Boltonu bu vəzifədə kimin əvəz edəcəyini gələn həftə açıqlamağı planlaşdırdığını bildirib.