ABŞ artıq Avropanı avtomatik olaraq qorumayacaq.

ABŞ artıq Avropanı avtomatik olaraq qorumayacaq. O, daha çox öz təhlükəsizliyini təmin etmək üçün səy göstərməlidir.TASS-a məlumatına görə, bu barədə Almaniyanın kansleri Angela Merkel Bundestaqda 2020-ci il üçün federal büdcə ilə bağlı müzakirələr zamanı açıqlama verib.
Merkelin fikrincə, əlbəttə ABŞ həm hərbi, həm də iqtisadi cəhətdən super gücdür: "Ortaq bir çox şey var, amma artıq Soyuq Müharibə illərində olduğu kimi, Avropanın müdafiəçisi rolunu oynayacaqları avtomatizm yoxdur. Avropadan daha əhəmiyyətli bir töhfə lazımdır".
Kansler vurğulayıb ki, Almaniya parlamentində bu müzakirə dünyada böyük dəyişikliklər və qüvvələrin dəyişməsi fonunda keçirilir.