Fələstin müqavimət qüvvələri Qəzzanı bombalamaq istəyən İsrailin pilotsuz təyyarəsini vurub.

Fələstin müqavimət qüvvələri Qəzzanı bombalamaq istəyən İsrailin pilotsuz təyyarəsini vurub.
Bu barədə "Yerusəlim Post" yazıb.
HƏMAS-ın rəsmi açıqlamasında bildirilir ki, pilotsuz təyyarə dünən gecə Rəfah şəhərinə yaxın vurulub.
İsrail ordusu pilotsuz təyyarənin vurulduğunu təsdiqləyib.
Qeyd edək ki, dünən səhər saatlarında Livan Hizbullahı Fəsləstin-Livan sərhədindən ölkəyə daxil olmaq istəyən İsrailin pilotsuz təyyarəsini hədəf aldıqlarını açıqlamışdı.