Kabildə partlayış olub

Kabildə baş verən partlayış nəticəsində ən azı üç nəfər yaralanıb. Bu barədə TOLO News telekanalı hüququ mühafizə orqanlarına istinadla xəbər verib.Kanalın məlumatına görə, əldəqayırma partlayıcı qurğu bazar ertəsi səhər Şahid meydanının yaxınlığında işə salınıb.