Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Respublika Parlamenti Senatının (yuxarı palata) sədri vəzifəsinə keçmiş prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın namizədliyini irəli sürüb.

TASS agentliyi məlumatına görə, bu barədə bazar ertəsi Senatın iclasında Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Krımbek Kuşerbayev açıqlama verib.
"Sizdən Dariqa Nursultan qızı Nazarbayevanı Qazaxıstan Respublikası Parlamenti Senatının sədri seçməyinizi xahiş edirəm", - deyə Kuşerbayev Tokayevin təqdimatını səsləndirib.
Daha sonra gizli səsvermə keçirilib və Dariqa Nazarbayeva 48 səslə - yekdilliklə Senatın sədri seçilib.
Avqustun 12-də Tokayev Dariqa Nazarbayevanın parlament səlahiyyətlərini uzatmışdı. Martın 20-də 56 yaşlı Nazarbayeva palatanın üzvləri arasında gizli səsvermə yolu ilə yekdilliklə Senatın sədri seçilmişdi. Bundan əvvəl o, Senatın Xarici İşlər, Müdafiə və Təhlükəsizlik komitəsinin sədri vəzifəsində çalışıb. 13 sentyabr 2016-cı ildə Senatın müavini təyin edilib.