Terrorçuların mövqelərinə hücum olUB

ABŞ hökuməti şənbə günü İdlib yaxınlığında "Əl-Qaidə" terrorçularının liderlərinin mövqelərinə hücum olduğunu təsdiqləyib. Bu barədə TASS ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi podpolkovnik Erl Brouna istinadən xəbər verib. Məlumata görə, əməliyyat "ABŞ vətəndaşlarını, onların tərəfdaşlarını və mülki şəxsləri təhdid edən hücumlara cavabdeh" yaraqlı liderlərə qarşı keçirilib. O, bildirib ki, İdlibin şimalında yerləşən bir obyektə zərbə vurulub.Brounun sözlərinə görə, Suriyanın şimal-şərqi ekstremistlərini terror fəaliyyətlərini koordinasiya etdikləri sığınacaq kimi qalır".Xatırladaq ki, bundan əvvəl "Əl-Mayadeen" telekanalı ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının şənbə günü İdlib yaxınlığında yerləşən Xoras ad-Din ekstremist qruplaşmasının qərargahına raket zərbəsi endirdiyini xəbər vermişdi. Kanalın məlumatına görə, hücum nəticəsində 40-dan çox hərbçi və sahə komandiri məhv edilib.
Yeri gəlmişkən qeyd edək ki, avqustun 31-dən Moskva vaxtı ilə saat 06:00-dan etibarən İdlib əyalətində atəşkəs rejimi qüvvədədir. Suriya ordusunun komandanlığı şənbə günü barışığa razılıq verdiklərini, lakin terrorçuların hər hansı bir pozuntusuna cavab vermək hüququnu özlərində saxladığını söyləmişdi. Lakin bir gün sonra Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Moskva və ya Ankaraya bildiridmədən İdlibə hava hücumu etdiyi bildirib. Nazirliyin, "Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi"nə istinadla verdiyi açıqlamada, 31 Avqustda Moskva saatıyla 15.00-də İdlibin Maarrat Misrin və Kafr Həya yaşayış məntəqələrinə ABŞ tərəfindən hava hücumu təşkil olunduğu bildirilib, həmin yaşayış bölgələrində çoxsaylı itki və dağıntı meydana gəldiyi qeyd edilib. ABŞ-ın İdlibdə atəşkəsin davam etməsini təhlükəyə atdığı və bir çox sahədə də atəşkəsi pozduğu vurğulanan açıqlamada, ABŞ, İdlibdə planlaşdırdığı aksiyalar haqqında Rus və ya Türk tərəfinə bildirilmədiyi, belə hücumların, əvvəlki bütün müqavilələrin pozulmasına səbəb olduğu deyilib.