"Vaşinqtonun müharibə və iqtisadi təzyiq tətbiq etdiyi bir vəziyyətdə İran ABŞ ilə danışıqlar apara bilməz."

"Vaşinqtonun müharibə və iqtisadi təzyiq tətbiq etdiyi bir vəziyyətdə İran ABŞ ilə danışıqlar apara bilməz."
Bu barədə cümə axşamı respublikanın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kuala Lumpurda jurnalistlərlə söhbət zamanı açıqlama verib.
"ABŞ-ın nüvə sazişinə qayıtması "danışıqlar üçün bilet"dir", - Zərif deyib.
Xatırladaq ki, İranla ABŞ-ın münasibətləri Birləşmiş Ştatların 8 may 2018-ci ildə nüvə sazişi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planından birtərəfli qaydada çıxmasından və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsindən sonra kəskinləşib.