Venesuela prezidenti Nikolas Madruo nümayəndələrinin artıq bir neçə aydır ki, Amerika lideri Donald Trampla rabitədə olduğunu təsdiqləyib.

Venesuela prezidenti Nikolas Madruo nümayəndələrinin artıq bir neçə aydır ki, Amerika lideri Donald Trampla rabitədə olduğunu təsdiqləyib.
«Artıq aylardır ki, danışıqlar apardığımızı təsdiqləyə bilərəm», - deyə Maduro bəyan edib.
Venesuela prezidenti vurğulayıb ki, ABŞ prezidentinin Venesuelanı dinləməsi üçün bir sıra yollar axtarıb.
Qeyd edək ki, bundan əvvəl Karakas və Vaşinqton arasında gizli danışıqların getdiyi barədə məlumatlar yayılmışdı.
Bir müddət əvvəl isə Tramp Ağ Evdə jurnalistlərə bəyan etmişdi ki, Administrasiyasının əməkdaşları Venesuelanın müxtəlif dairələri ilə yüksək səviyyəli görüşlər keçirib. Bununla belə, o, danışıqların təfərrüatı və nümayəndələr barədə məlumat verməmişdi.