ABŞ prezidenti Donald Tramp telefon danışığında Rusiya lideri Vladimir Putinə Con Hantsmanın Birləşmiş Ştatların Rusiyadakı səfiri vəzifəsindən gələcək istefası haqqında məlumat vermişdi.

ABŞ prezidenti Donald Tramp telefon danışığında Rusiya lideri Vladimir Putinə Con Hantsmanın Birləşmiş Ştatların Rusiyadakı səfiri vəzifəsindən gələcək istefası haqqında məlumat vermişdi.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Həqiqətən, prezident Tramp Putinə səfir Hantsmanın yaxın vaxtlarda istefaya gedəcəyini söyləyib.
Rusiya lideri isə Hantsmanın Rusiyadakı səfiri işlədiyi dövrdə ikitərəfli münasibətlər tarixindəki "ən çətin" dövrlərə düşdüyünü qeyd edib", - Peskov deyib.
Eyni zamanda, Peskov əlavə edib ki, Hantsman ölkələr arasındakı münasibətlərə "bəzi konstruktiv xüsusiyyətlər" vermək üçün çalışıb.
Kreml bildirib ki, Tramp yaxın vaxtlarda ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsinə yeni bir namizədin gətiriləcəyini də açıqlayıb.
Bundan əvvəl ABŞ-ın Rusiyadakı səfirinin həyat yoldaşı Meru Key ailəsinin bir ay yarımdan sonra ABŞ-a qayıdacağını bildirmişdi.