İran prezidenti Həsən Ruhani Fars körfəzinin təhlükəsizliyinin xarici qüvvələrin iştirakı olmadan regional güclərin təmin edə biləcəyini söylədi.

İran prezidenti Həsən Ruhani Fars körfəzinin təhlükəsizliyinin xarici qüvvələrin iştirakı olmadan regional güclərin təmin edə biləcəyini söylədi.
"Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur", - deyə Ruhani bildirib.
O qeyd edib ki, "dialoqa və birliyə tabe olan körfəz ölkələri regional sabitliyi qoruya bilər. ABŞ hərəkətləri onlara heç bir fayda gətirməyəcək."
Daha əvvəl Portsmutda yerləşən digər bir İngiltərə hərbi gəmisi "HMS Kent"in Hörmüz boğazında ticarət gəmilərini müşayiət etmək və bölgədə təhlükəsizliyi təmin etmək üçün Fars körfəzinə göndərildiyi bildirilib.