Atambayev Bişkekdə mitinq keçirmək niyyətindədir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev tərəfdarlarına Bişkekdə aksiya keçirmək niyyətində olduğunu bildirib.
“Bəzi tərəfdarlarım Ağ Evə, bəziləri isə Foruma (Atambayevin paytaxtdakı ofisi) getmək istəyirlər. Əvvəlcə Foruma gedəcəyik, səhər saat 4-ə (Bakı vatı ilə 12)", - deyə bildirib.
Avqustun 7-də axşam Qırğızıstanın xüsusi xidmət orqanları eks-prezident Almazbek Atambayevin Koy-Daş kəndindəki iqamətgahında tutulması üçün əməliyyata başlayıblar. Son məlumatlara görə, hücum nəticəsində 52 nəfər yaralanıb.