Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tıtbiq etməyə hazırlaşır.

Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tıtbiq etməyə hazırlaşır.
"Globo" qəzetinin verdiyi məlumata görə, hazırda Braziliyanın Xarici İşlər nazirliyi və Ədliyyə Nazirlikləri hazırda ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.
Məlumata əsasən, bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.
Qeyd edilir ki, müvafiq sanksiyaların tətbiqi haqqında Braziliyanın xarici işlər naziri Ernestu Arauju Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda bəyan edəcək.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp fərman imzalayaraq Venesuela dövlətinin ABŞ-dakı bütün əmlakı və sərmayələrini bloklayıb.