Kabulda Beynəlxalq Hava Limanının yaxınlığında partlayış baş verib.

Əfqanıstanın paytaxtı Kabulda Beynəlxalq Hava Limanının yaxınlığında partlayış baş verib.
Bu barədə "Sinxua" xəbər agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, partlayış səbəindən itkilər ola bilər.
Digər təfərrüatlar barədə hələ dəqiq məlumat verilməyib.
Xatırladaq ki, ötən gün Kabil şəhərinin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman velosipedə bərkidilmiş partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.