İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərəni "iqtisadi terrorizm" də günahlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərəni "iqtisadi terrorizm" də günahlandırıb.
Bu barədə o, bazar ertəsi Tehranda keçirdiyi mətbuat konfransında İran tankerinin Cəbəllütariq hakimiyyəti tərəfindən tutulması ilə bağlı hadisəni şərh edərkən bildirib.
"İngiltərə Birləşmiş Ştatların iqtisadi terrorizm sahəsində tərəfdaşıdır. Onlar belə bir siyasətin nəticələrinin olacağını bilməlidir", - deyə İSNA agentliyi sitat gətirib.
O əlavə edib ki, Tehran ona qarşı yönəlmiş "təcavüz aktlarını" görməzliyə vurmayacaq.
Cəbəllütariq hakimiyyəti (Böyük Britaniyanın dəniz ərazisi) iyulun 4-də Panama bayrağı altında üzən "Grace 1" tankerini sanksiyaları pozaraq İran neftinin Suriyaya daşımaqda şübhəli bilərək saxlayıb. Əməliyyatda İngilis Dəniz Qoşunlarının üzvləri iştirak edib. Cəbəllütariq nümayəndəsinin sözlərinə görə, tankerin göyərtəsində 28 ekipaj üzvü (Hindistan, Pakistan və Ukrayna vətəndaşı) olub. Buna cavab olaraq İngiltərənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb. İspaniya Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Xosep Borrel bildirib ki, həbs ABŞ-ın tələbi ilə edilib. İran dəfələrlə buna qarşı çıxıb edib və əməliyyatı pirat aktı adlandırıb.