"ABŞ İranla müzakirəyə hazır olduğunu bildirsə də, müzakirə aparacaq şəxsə, İranın xarici işlər nazirinə sanksiyalar tətbiq edib."

"ABŞ İranla müzakirəyə hazır olduğunu bildirsə də, müzakirə aparacaq şəxsə, İranın xarici işlər nazirinə sanksiyalar tətbiq edib."
Bunu İran Prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı deyib.
Ruhaninin sözlərinə görə, bir ölkə ilə müzakirə aparmaq üçün həmin ölkənin xarici diplomatiya idarəsinin rəhbəri ilə danışıqlar olmalıdır: "Halbuki, ABŞ İranın Xarici işlər nazirinə sanksiyalar tətbiq edib. Sanksiyaların İrana zərəri olsa da, xeyri də olacaq. Lakin sanksiya tətbiq edənlər üçün zərərdən başqa heç bir faydası olmayacaq”.
İran prezidenti bildirib ki, sanksiyalar şəraitində İranın özünə arxalanaraq önəmli inkişaflar əldə etməsinə imkan yaranır.
Qeyd edək ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib və Zərif də öz növbəsində, "Sağ olun ki, məni öz hədəfləriniz üçün böyük təhlükə hesab etdiniz", - deyə cavab verib