İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərifə ABŞ sanksiya tətbiq edib və o, xüsusi kateqoriya üzrə şəxslər siyahısına daxil edilib.

İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərifə ABŞ sanksiya tətbiq edib və o, xüsusi kateqoriya üzrə şəxslər siyahısına daxil edilib. Bununla Cavad Zərifin xaricdəki dondurulur və ABŞ vətəndaşlarına onunla ticarət aparmaq qadağan edilir.
İran mediasının məlumatına görə, Zərif bildirib ki, ona qarşı tətbiq edilən sanksiya heç bir effekt verməyəcək, çünki onun ölkə xaricində heç bir marağı və aktivləri yoxdur.
"Birləşmiş Ştatlar İranın bütün dünyada rəsmi nümayəndəsi kimi mənə saksiya tətbiq etdiyi açıqlayıb. Reallıq bu qədər ağırdır? Bu sanksiyanın nə mənə, nə də ailəmə təsiri yoxdur. Çünki İran xaricində heç bir marağımız və aktivlərimiz yoxdur. Sağ olun ki, məni öz hədəfləriniz üçün böyük təhlükə hesab etdiniz", - Cavad Zərif öz tvitter bloqunda yazıb.