İranın Xarici İşlər naziri Cavad Zərif tvitter hesabında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona cavab verib.

İranın Xarici İşlər naziri Cavad Zərif tvitter hesabında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona cavab verib.
"Əgər siz 3000 amerikalını öldürsəniz, ABŞ-ın silah müştərisi olursunuz. Hətta nüvə silahına da malik olar bilərsiniz və bunun üçün onlardan kömək də ala bilərsiniz."
Burada söhbət 11 Sentyabr terrorundan gedir. ABŞ Mərkəzi Kəşfiyyat Orqanının araşdırmasına görə, Səudiyyə Ərəbistanı 2001-ci ildə Nyu-York ticarət mərkəzini partladanları maliyyələşdirib və nəticədə 3000 amerikalı dünyasını dəyişib.
Cavad Zərif daha sonra, "əgər siz "B komandası" qarşısında diz çökməyi rədd edirsinizsə, hətta sizin sülhməramlı nüvə enerjiniz də ola bilməz. Görünür ki, ABŞ silahları ilə təhciz olunmuş İŞİD terrorçularını İranın öldürməsi əhəmiyyət kəsb etmir", - deyə yazıb.
Qeyd edək ki, "B komandası" sözünü Cavad Zərif işlədir. Bu, İrana qarşı Binyamin Netanyahu, Bin Zaid, Bin Salman və Con Bolton əməkdaşlığına işarədir.