Sergey Rovneykoya 12 il həbs cəzası verilib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun sabiq köməkçisi Sergey Rovneykoya 12 il həbs cəzası verilib. Bu barədə "Sputnik" agentliyi yazıb.
Məlumatda bildirilir ki, Rovneyko külli miqdarda ruşvət almaqda təqsirli bilinib. Ali Məhkəmə prezidentin sabiq köməkçisinin işinə qapalı rejimdə baxıb. Hətta ictimaiyyət məhkəmənin başlama tarixindən belə xəbərsiz olub.
Qeyd edək ki, Rovneyko ötən ilin may ayında həbs edilib.