Məhəmməd Həsən Labbad bəyan edib

Vasitəçi Məhəmməd Həsən Labbad bəyan edib ki, Sudanın Hərbi Keçid Şurası və böyük müxalifət birliyi olan "Azadlıq və Dəyişikliklər Uğrunda Qüvvələr" birgə ali hakimiyyət orqanı yaratmaq qərarına gəliblər. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, müxalifətlə hərbçilər arasında siyasi böhrandan çıxış yolunu müəyyən etməklə bağlı danışıqlar iki gün davam edib.
Labbad həmçinin deyib ki, hərbi şura və müxalifət vətəndaş hökuməti formalaşdırmaq barədə də razılığa gəliblər.