Putin Zelenskinin vədlərindən danışıb

"Moskva Kiyevlə münasibətləri yaxşılaşdırmaq və konstruktiv dialoqa başlamağa o vaxt hazır olacaq ki, Ukraynanın yeni lideri Vladimir Zelenski seçkiqabağı verdiyi vədləri yerinə yetirməyə başlayacaq". Rusiya prezidenti Vladimir Putin bu sözləri "Corriere della Sera" nəşrinə müsahibəsində deyib.
Putin Zelenskinin vədlərindən danışarkən qeyd edib ki, Ukrayna "Donetsk" və "Luqansk" respublikalarının nümayəndələri ilə birbaşa dialoqa başlamalı və onları separatçı kimi tanımaqdan vaz keçməlidir.
"Kiyev hakimiyyəti nəhayət dərk etməlidirlər ki, Rusiya və Ukrayna arasında münaqişə deyil, etimad və qarşılıqlı anlaşma əsasında fərqli olaraq praqmatik əməkdaşlığın inkişafı hamımızın marağındadır. Biz buna hazırıq",-deyə Putin vurğulayıb.
Rusiya prezidenti daha sonra deyib ki, ölkəsi Avropa İttifaqı ilə münasibətlərin tam formada bərpasında maraqlıdır və bütün siyasi qüvvələrlə konstruktiv dialoqa hazırdır.