dövlət başçısı özünü dünyanın ağası hesab edir.

ABŞ prezidenti Donald Trampın apardığı siyasətinin əsas səhvi odur ki, dövlət başçısı özünü dünyanın ağası hesab edir. "RİA Novosti" verdiyi məlumata görə, bu barədə Boliviya prezidenti Evo Morales bildirib.
"O, özünü dünyanın ağası sayır. Bu böyük səhvdir. O, fikirləşir ki, dünyaya əmr edəcək. Bu səhv fikirdir. Tramp bütün ölkələri öz müstəmləkəsi kimi görür. Bu düşüncə də yanlışdır", - deyə, dövlət başçısı vurğulayıb.
Həmçinin Morales onu da qeyd edib ki, səhvləri ABŞ xalqı deyil, prezidnet edir