Tacikistan üçün əsas təhlükə Əfqanistandakı İŞİD terrorçularıdır.

Rusiya Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) qərarına əsasən Tacikistan ordusu və xüsusi xidmət orqanlarını gücləndirəcək. "RİA Novosti" verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, həmçinin Rusiya Tacikistan ordusunu moderləşdirəcək.
Ekspertlərin fikrincə, Tacikistan üçün əsas təhlükə Əfqanistandakı İŞİD terrorçularıdır. Onlar hər an Tacikistana girərək ölkədəki sabitliyi poza bilərlər.