Venesuela prezienti Maduro iyun çevrilişində əli olanların hamısının artıq ələ keçdiyini bəyan edib

İyunun 23 və 24-də müxalifət qüvvələri ABŞ, Kolumbiya və Çilinin dəstəyi ilə ölkədə çevriliş və prezident Nikolas Maduronu, xanımı Siliya Floresi, həmçinin Milli Təsis Yığıncağının rəhbəri Diostato Kabelyanı öldürməyə cəhd edib. Bu barədə Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriqes xəbər verib.
Onun sözlərinə görə qiyamçılar hakimiyyətin başına müxalifətə keçən və hazırda həbsxanada olan general Raul Badueli gətirmək istəyiblər.
Özünü qeyri-qanuni prezident elan etmiş Milli Assambleyasının rəhbəri Xuan Quaido isə çevriliş cəhdi barədə ittihamları rədd edib. O, həmçinin bildirib ki, çərşənbə günü bir qrup silahlı şəxs onu avtomobildə müşaiyyət edən adamları oğurlamağa cəhd edib. Lakin bu cəhdləri uğursuzluğa düçar olub.
Venesuela prezienti Maduro iyun çevrilişində əli olanların hamısının artıq ələ keçdiyini bəyan edib
«Onlar ələ keçiblər və bir sıra sübutlarla dəmir barmaqlıqlar arasındadır. Biz 14 aydır ki, bu cinayətkar dəstə və faşist qrupunu izləmişik», - deyə o, dövlət televiziyasının efirində bəyan edib.