Zare Sinanyanı Diaspora Komitəsinin rəhbəri təyin edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın Qlendeyl şəhərinin meri Zare Sinanyanı Diaspora Komitəsinin rəhbəri təyin edib. "Sputnik Armeniya" bildirir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Zare Sinanyan ABŞ-da şəhər meri vəzifəsindən Paşinyan hökumətində yer almaq üçün könüllü istefa verib. O, ilk dəfə 2013-cü ildə seçkilərdə qalib gələrək mer seçilib. 2017-ci ildə yenidən qalib gəlsə də, bu dəfə özü postdan uzaqlaşıb.