Vladimir Zelenskinin "Xalqın Xidmətçisi" partiyası ilə yeni koalisiya yaratmağa hazırdır

"Batkivşşina" partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, Ali Radada prezident Vladimir Zelenskinin "Xalqın Xidmətçisi" partiyası ilə yeni koalisiya yaratmağa hazırdır. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Komandamız yeni prezidentlə güclü koalisiya qurmağı planlaşdırır. Biz güclü hərəkət planı yaratmağa hazırıq. Biz sadəcə koalisiya yaratmaq deyil, yeni kurs müəyyənləşdirmək niyyətindəyik. Onun "Hərəkətlərin koalisiyası" adlandırılmasını təklif edirik",-deyə Timoşenko əlavə edib.
Onun sözlərinə görə, hazırlanan 100 günlük plan çərçivəsində tariflərin azaldılması, iqtisadiyyatın bərpası və pensiyaların artırılması prioritet vəzifələrdəndir.