Rusiyanın sənaye və kənd təsərrüfatı məhsullarının İrana tədarükünün çoxalmasına şərait yaradacaq.

RİA Novosti verdiyi məlumata görə, bu gün İran Parlametni Azad Ticarət Zonası (ATZ) barədə Avrasiya İqtisadi Birliyi (AİB) ilə müvəqqəti sazişi ratifikasiya edib.
AİB və İran 2018-ci ilin may ayının 17-də Astana İqtisadi Forumunda azad ticarət zonasının yaradılması barədə müvəqqəti razılığa gəlmişdi. Saziş 3 il üçün nəzərdə tutulub və AİB ilə İran arasında malların məhdud nomenklatura üzrə ATZ-nın yaradılmasını özündə ehtiva edir.
Müqavilənin şərtlərinə görə, qüvvəyə mindikdən sonra 1 ildən gec olmayaraq tərəflər azad ticarət barədə tam razılığa gəlmə barədə danışıqlara başlamalıdırlar.
Sazişin reallaşması tərəflər arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin həcmini artırmağa, həmçinin Rusiyanın sənaye və kənd təsərrüfatı məhsullarının İrana tədarükünün çoxalmasına şərait yaradacaq.