Qırğızıstan polisi sabiq Baş prokuror Aida Salyanovanı saxlayıb

Qırğızıstan polisi sabiq Baş prokuror Aida Salyanovanı saxlayıb. Bu barədə "24.kg" portalı məlumat yayıb.
Sabiq baş prokuror 2013-cü ildə "qanuni oğru" Əziz Batukayevin sərbəst buraxılmasına görə istintaqa cəlb olunub.
Mənbənin verdiyi məlumata görə, Aida Salyanovaya qarşı istintaqla əməkdaşlıq etməyə razılaşan Narınsk vilayətinin prokuror müavini Mayrambek Akmataliev ifadə verib.