Kabildə dövlət rəsmilərini daşıyan avtobus partladılıb

Əfqanıstanın paytaxtı Kabildə dövlət rəsmilərini daşıyan avtobus partladılıb. "TOLONews" bildirir ki, hadisə zamanı 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi bildirib ki, partlayış ictimai işçiləri daşıyan avtobusda qeydə alınıb.
Partlayışı heç bir qruplaşma öz üzərinə götürməyib.