Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, kolumbiyalı həmkarı Carlos Olmes Trujillonun Kolumbiyaya səfərlə bağlı dəvətini qəbul edib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Hesab edirəm ki, danışıqlar çox faydalı və zamanında baş tutdu. Kolumbiyaya səfərlə bağlı həmkarıma minnətdaram və mən bundan mütləq istifadə edəcəyəm",-deyə Lavrov Kolumbiya xarici işlər naziri ilə danışıqlardan sonra vurğulayıb.