Müxalifətə silahlı müdaxilə zamanı 2 nəfərin həyatını itirdiyi, 3 etirazçının isə ağır yaralandığı bildirilir.

Paytaxt Hartumun mərkəzindəki müdafiə kompleksi yaxınlığında nümayişçilərin düşərgəsini dağıtmaq cəhdləri nəticəsində 8 nəfər həlak olub. Bu barədə "Əl-Hadas" telekanalı müxalif Sudan Həkimlər Komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Bundan əlavə 50-dən çox nümayişçinin müxalif növ bədən xəsarətləri aldığı deyilir.09:53 - Sudanda Ömər əl-Bəşir hakimiyyətini devirərək hökumətə gələn Hərbi Keçid Şurası paytaxt Hartumda müxalifətin çadır düşərgələrini dağıtmağa başlayıb. FaktXəbər bildirir ki, bu barədə "əl-Ərəbiyyə" telekanlı məlumat yayıb.Müxaifəti təsmil edən Həkimlərin Mərkəzi Komitəsi açıqlayıb ki, Sudan ordusu narazı kütlənin çadırlar qurduğu meydana daxil olub və ardınca silah səsləri eşidilib.Müxalifətə silahlı müdaxilə zamanı 2 nəfərin həyatını itirdiyi, 3 etirazçının isə ağır yaralandığı bildirilir.Son məlumata görə, Sudanda narazı kütlə orduya müqavimət göstərmək üçün barrikadalar qurmağa başlayıb.