Avropa ABŞ-ın hərbi köməyindən məhrum olacaq

ABŞ Brussela xəbərdarlıq edib ki, Avropa İttifaqı Vaşinqtonun hərbi dəstəyindən məhrum ola bilər. "El Pais" portalına verdiyi məlumata görə, bu barədə Ağ Evin Avropa İttifaqı ilə əlaqələrinə cavabdeh olan Maykl Merfi bildirib.
Onun sözlərinə görə, ABŞ Avropanın bütün hərbi sifarişlərinə xəbərdar olmasını istəyib. "Əks təqdirdə Avropa ABŞ-ın hərbi köməyindən məhrum olacaq", - deyə siyasətçi vurğulayıb.
Həmçinin Merfi onu da qeyd edib ki, Brussel öz seçimini etməlidir.