Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri ölkənin cənubunda yerləşən Ədən şəhərindəki hərbi paradı vurub.

Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri ölkənin cənubunda yerləşən Ədən şəhərindəki hərbi paradı vurub. Bu barədə "əl-Məsirə" telekanalı məlumat yayıb.
Məlumata görə, paradda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri iştirak ediblər.
Husilər hücumu pilotsuz uçuş aparatı ilə təşkil edib.
"Al Hadath" kanalı açıqlayıb ki, koalisiya qüvvələri pilotsuzu vurmağı bacarıb.
Qeyd edək ki, "Ənsarullah" hərəkatının döyüşçüləri yanvar ayında fərari prezident Mənsur Hadinin generallarının yerləşdiyi "əl-Ənəd" bazasını da pilotsuz təyyarə ilə vurmuşdu. General Saleh əz-Zindani hücum zamanı yaralansa da, xəstəxanada həyatını itirmişdi.