Fələstini müdafiə etmək İslami bir məsələ olduğundan, vicdan və insanlıq prinsipidir.

İranda elm adamları ilə görüşən Ali lider Ayətullah Xamenei xalqın ABŞ-ın "iqtisadi təkid kölgəsində danışıqlar" kimi yalanlarının müqabilində ayıq olduğunu bildirib.
Ayətullah Xamanei bildirib ki, bu il Qüds günü digər illərdən daha əhəmiyyətlidir: "Çünki ABŞ və müttəfiqləri "Əsrin sazişi" ilə Fələstin məsələsini unutdurmağa çalışırlar. Buna görə də, bu il insanların Qüds günü ilə bağlı yürüşləri digər illərdən daha əhəmiyyətlidir."
Həmçinin Ayətullah Xamenei onu da qeyd edib ki, Fələstini müdafiə etmək İslami bir məsələ olduğundan, vicdan və insanlıq prinsipidir.
Ali lider bəzi KİV-lərin ABŞ-la müzakirə mövzusunu şişirtməsindən danışıb və bildirib ki, onlar, "İran müzakirə masasına oturmalıdır", - dedikdə, ABŞ-la müzakirəni nəzərdə tuturlar: “Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur. Avropa ölkələri və başqaları ilə müzakirələr edirik. Əsas məsələ də müzakirə predmetini müəyyənləşdirməkdir. Bİz hər bir mövzu haqqında müzakirə etmirik. İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz”.