Ukraynanın yeni prezidenti Vladimir Zelenski deputatlara müraciət edib.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Ali Radanın deputatlarına müraciət edib. Bu barədə "RİA Novosti" agentliyi yazıb.
Onun sözlərinə görə, deputatların fəaliyyətli Ali Radanın leqitimliyini məhv edib. "Sizin bir az da olsa cəmiyyətin etibarını bərpa etmək şansınız var", - deyə dövlət başçısı vurğulayıb.
Həmçinin Zelenski ölkədə islahatçı qanun layihələrinə səs verməyə və korrupsiya biabırçılığına son qoymağa çağırıb.