Belçikada İspaniya hökumətindən gizlənən Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Avropa Parlamentinə keçir.

Belçikada İspaniya hökumətindən gizlənən Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Avropa Parlamentinə keçir. Məlumata görə,onun sabiq müavini və hazırda İspaniya həbsxanasında olan Oriol Junkeras da deputat mandatı alıb.
Avropa Parlamentində İspaniya üçün nəzərdə tutulan 54 yerdən 2-nə Puçdemonun rəhbərlik etdiyi Lliures per Europa koalisiyası alıb. Avropa Parlamentində koalisiyanı həmçinin jeneralitetin sabiq üzvü və hazırda Belçikada gizlənən Toni Komin təmisil edəcək.