Türkiyə Rusiyadan silah almaqdan imtina etməlidir

Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) hakimiyyəti Rusiyanın S-400 zenit raket sistemlərindən imtina etməyi çağırıb.Bu barədə "Haber 7" portalı yazıb.
Məlumatda bildirilir ki, CHP "S-400"ün potensial təhlükəsinin araşdırması üçün Türkiyədən NATO ilə otraq komissiyanın yaradılmasını istəyib.
Həmçinin müxalifətçi partiya rəsmi Ankaranı İsrail və Misirlə əlaqələri yaxşılaşdıraraq sözügedən ölkələrdə səfirliklərinin işini bərpa etməyə çağırıb.