Poroşenko dövlətə xəyanətdə ittiham edilir.

Ukraynanın Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb. Bu barədə "RİA Novosti" agentliyi yazıb.
Məlumatda bildirilir ki, Poroşenko dövlətə xəyanətdə ittiham edilir.
Həmçinin məlumatda qeyd edilir ki, söhbət 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi dəniz gəmilərinin Kerç Boğazından keçməsindən gedir.