"Biz, birinci turun qalibi olduq.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliinin həyat yoldaşı, "Güc birlikdədir" müxalifət partiyasından Zuqdidi merə namizədi Sandra Rulov seçkilərdə qalib gəldiyini elan edib. Bu barədə "Novosti-Qruziya" portalı yazıb.
"Biz, birinci turun qalibi olduq. İkinci turun keçirilməsinə imkan vermərik. Əks təqdirdə mən Zviad Qahsaxurdiya kimi bütün Gürcüstanı kənddən kəndə gəzəcəm və ölkədə etiraz aksiyalarını keçirəcəm. Siz hələ kim olduğumu bilmirsiz", - deyə o, vurğulayıb.
Qeyd edək ki, mayın 19-da Gürcüstanın Zuqdidi, Marneuli, Xulo və Zestafonidə növbədənkənar bələdiyyə seckiləri keçirilib.