Donald Tramp Kanada və Meksikanın polad və alüminiumun idxalına rüsumları ləğv edib.

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikanın polad və alüminiumun idxalına rüsumları ləğv edib. "Gazeta.ru" verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi saytında yazılıb.
"ABŞ Kanada və Meksika ilə milli təhlükəsizliyə dair təhdidlərin aradan qaldırılması istiqamətdə danışıqları müvəffəqiyyətlə başa çatdırıb", - bəyanatda deyilir.
Tramp da öz növbəsində Kanada ve Meksikanı rüsumların tətbiq edildiyi ölkələr siyahısından çıxarmaq qərarına gəlib.