"Əgər Amerika İranla müharibəyə başlasa, Tehran qarşıdurmada tək qalmayacaq.

"ABŞ ilə müharibə vəziyyətində, İran tək olmayacaqdır"."Associated Press" bildirir ki, bunu Livanın Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah deyib.
"Əgər Amerika İranla müharibəyə başlasa, Tehran qarşıdurmada tək qalmayacaq. Çünki bölgəmizin taleyi İslam Respublikası ilə bağlıdır", -deyə Hizbullah lideri vurğulayıb.
Qeyd edək ki, İran son illər Livan, Suriya, İraq, Yəmən və Qəzza zolağına qədər bölgədə öz varlığını əhəmiyyətli dərəcədə genişləndirib və Yaxın Şərqdə söz sahibi ölkələrdən biridir.