Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanı buraxacaq

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanı buraxacaq. Bu barədə "1+1" kanalındakı "Hakimiyyət hüququ" proqramında Zelenskinin müşaviri Dmitri Razumkov danışıb.
"Təbii ki, bu, baş verəcək",-deyə Razumkov vurğulayıb.
O, Ali Radanın buraxılması üçün səbəblərdən biri kimi koalisiyanın olmamasını göstərib.
Vladimir Zelenskinin inauqurasiyası mayın 20-də baş tutacaq. Bu o deməkdir ki, Zelenski 27 maya qədər parlamenti buraxacaq və növbədənkənar seçkilər təyin edəcək.