Donald Tramp Türkiyə ilə imtiyazlı ticarət rejimini ləğv etməyə və Ankaranı inkişaf etməkdə olan ölkələrin siyahısından çıxarılmasına qərar verib.

ABŞ prezidenti Donald Tramp Türkiyə ilə imtiyazlı ticarət rejimini ləğv etməyə və Ankaranı inkişaf etməkdə olan ölkələrin siyahısından çıxarılmasına qərar verib. Bu barədə Ağ Evin məlumatında deyilir.
"İqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, Türkiyəni 2019-cu il mayın 17-dən inkişaf etməkdə olan ölkə kimi təyin olunmasını ləğv etmək məqsədəuyğundur",-deyə Trampın qərarında qeyd olunur.
Qeyd edək, Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlərin pozulması Ankaranın Rusiyadan aldığı "S-400" RƏM sisteminə görədir. Vaşinqtonun təkidlərinə məhəl qoymayan Ankara bununla da Amerikanın güzəştli ticarət şərtlərindən məhrum olub.