Türkiyədə dəhşətli ailə faciəsi

Türkiyədə internetdən sifariş etdiyi sianid turşusunun evə dağılması nəticəsində valideynlərini itirən, özü və qardaşları xəstəxanaya yerləşdirilən Mahmud Can Kalkan barədə dünən xəbər vermişdik. Bu gün hadisənin təfərrüatları bəlli olub və əslində baş verənlər hər kəsi şoka salıb.
Belə ki, kimya fakültəsinin tələbəsi olan Mahmud şərbət hazırlayaraq, tərkibinə sianid turşusu qatdığı şərbəti valideynlərinə verib. Sonra isə onlara «15 dəqiqəniz qaldı», «10 dəqiqəniz qaldı» deyərək öləcəklərini xəbər verib.
Ata-anasının halının pisləşdiyini görən qardaşları isə şərbəti içməkdən imtina ediblər.
Mahmud Can Kalkanın son dövrlərdə psixoloji problemlər yaşadığı, ancaq bu günə qədər müalicə almadığı bildirilir.
Digər tərəfdən Kalkan ailəsinin qonşuları və qohumları ailədəkiləri çox gözəl insanlar kimi tanıdıqlarını, iqtisadi vəziyyətlərinin də kifayət qədər yaxşı olduqlarını deyərək, baş verənlərdən heyərətə düşdüklərini bildiriblər.
Hadisədən sonra yoxlanışdan keçən kimyaçı tələbəyə «şizofreniya» diaqnozu qoyulub. O, hazırda həbs olunub.