Birləşmiş Ştatlar diplomatik heyətin bir qismini Bağdad səfirliyindən və Ərbil konsulluğundan çıxarır.

Birləşmiş Ştatlar diplomatik heyətin bir qismini Bağdad səfirliyindən və Ərbil konsulluğundan çıxarır. Göstəriş operativ xidmətin əməkdaşlarına aid deyil. Bu barədə səfirliyin saytında məlumat verilib.
«ABŞ Dövlət departamenti Bağdaddakı səfirlikdə və Ərbildə konsulluqda çalışan bütün dövlət qulluqçularının İraqı tərk etməsi üçün göstəriş verib. Qərar ancaq operativ xidmətlə bağlı olmayan işçilərə aiddir», - deyə diplomatik qurumun saytında bildirilir.
Məlumata görə, viza xidmətləri müvəqqəti dayandırılacaq.