Vaşinqton və Moskva Suriya üzrə müəyyən konkret addımlar atacaq.

Vaşinqton və Moskva Suriya üzrə müəyyən konkret addımlar atacaq. Bu barədə ABŞ Dövlət Katibi Maykl Pompeo RF prezidenti Vladimir Putin və XİN rəhbəri Serqey Lvrovla görüşünün yekunu barədə şərh edərkət bildirib.
«Danışıqlar zamanı biz Suriya üzrə bir sıra konkret addımları atmağı razılaşdırdıq», - deyə o, bəyan edib.
Xatırladaq ki, Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O rusiyalı həmkarı Sergey Lavrovla, daha sonra isə RF prezidenti Vladimir Putinlə görüşüb.
Görüşdə həmçinin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edib.
"Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.
Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib.
"Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu", - deyə Uşakov bildirib.
Yeri gəlmişkən qeyd edək ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) ayrı-ayrı maddələrini yerinə yetirməyi rəsmən dayandırıb.