Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına yerli hüquq-mühafizə orqanları daxil olub

Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına yerli hüquq-mühafizə orqanları daxil olub. Bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin Twitter səhifəsi məlumat yayıb.
Venesuela hakimiyyətinin fikrincə, ABŞ tərəfi səfirliyin binasına icazəsi olmadan və beynəlxalq hüququ pozaraq daxil olub.
Federal agentlər və Vaşinqton polisi səfirlik ərazisinə daxil olaraq Nikolas Maduro hökumətinə sadiq diplomatları məkanı tərk etməyə çağırıblar. Lakin Maduro tərəfdarları rədd cavabı verdiyi üçün polis əməkdaşları özü səfirliyi tərk ediblər.
Qeyd edək ki, mayın 11-də ABŞ hakimiyyəti Venesuelanın Vaşinqtondakı səfirliyinə su və elektrik enerjisinin verilməsini kəsib.