Raqad sosial şəbəkələrdə atasının sağ olması ilə bağlı yayılan məlumata reaksiya verib.

Səddam Hüseynin böyük qızı Raqad sosial şəbəkələrdə atasının sağ olması ilə bağlı yayılan məlumata reaksiya verib. "Alsumaria News"bildirir ki, diktatorun qızı yayılan məlumatları təkzib edib.
Buna qədər bəzi səhifələr məlumat yerləşdirib ki, Raqad Hüseyn atasının sağ olmasını deyib və gündəlik onunla danışır.
"Yazılan fikirlər tamamilə həqiqətə uyğun deyil",-deyə Raqad Hüseyn vurğulayıb.