ABŞ dövlət katibi Moskvaya səfərini ləğv edib

ABŞ dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib. Bu barədə "Reuters" agentliyi yazıb.
Məlumatda bildirilir ki, Pompeo bu gün Moskvaya gəlməyəcək.
Həmçinin məlumatda qeyd edilir ki, buna baxmayaraq o, mayın 14-ü Soçidə Rusiya XİN rəhbəri Sergey Lavrovla görüş keçirəcək.
Xatırladaq ki, Pompeo Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirməli idi