Con Kerrini Tehranla danışıqlarda ittiham edilib

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq dövlət katibi Con Kerrini Tehranla danışıqlarda ittiham edib. Bu barədə " CBS News" yazıb.
Dövlət başçısının fikrincə, Kerri İrana Tramp Administrasiyası ilə danışqlar aparmamağı tövsiyə edib.
Prezident Kerrini vətəndaşlara ABŞ hakimiyyəti adından diplomatiyanı həyata keçirməyi qadağan edən "Loqan" qanunu pozmaqda ittiham edib.
"Əslində onu bu işinə görə cinayət məsuliyyətinə cəlb etmək lazımdır, lakin mənim xalqım bunu istəmir", - deyə Tramp qeyd edib